QAYDALAR VƏ ŞƏRTLƏR

1.1 Şərtlərin və müddəaların qəbul edilməsi
Narimanfilm MMC www.azcinemaonline.com (Veb-sayt) veb-saytının sahibi və operatorudur. “Biz”, “bizim”, “bizə” Narimanfilmə olan istinadlardır. Biz Azərbaycanda qeydə alınmış şirkətik, əlaqə üçün ünvanımız: AZ 1003, Azərbaycan, Bakı, F.Qurbanov küç. 13/5 (elektron poçtun ünvanı: [email protected] (Qaydalar və Şərtlər) bizim gizlilik siyasətimizi, bu Şərtlər və qaydalarla bir yerdə oxumalı olduğunuz son istifadəçi ilə lisenziyalı müqaviləni özündə əks etdirir.

Sizin saytdan hər hansı bir istifadəniz, eləcə də Az.Cinema Online xidmətlərinin, məhsullarının alışı və/və ya istifadəsi, sayta veb-sayt vasitəsilə və ya hər hansı bir cihaz vasitəsilə çıxışınıza baxmayaraq, şəraitdən asılı olaraq, həmişə bu “Şərtlər və Qaydalar”da verilmiş müddəalarla və bütün müvafiq qanunlarla məhdudlaşdırılır (bizimlə sizin aranızda bağlanmış məcburi hüquqi müqaviləyə görə)

Sayta girərkən və ya Az Cinema Online ın xidmətlərindən istifadə edərkən və/ və ya məhsulu satın alarkən, siz hazırkı “Qaydalar və Şərtlər”lə razılaşmış olursunuz. Əgər siz bu qaydalar və şərtlərlə razı deyilsinizsə bu veb saytdı istifadə etməyin, Az Cinema Online ın məhsullarını almayın və/və ya onun xidmətlərindən istifadə etməyin.

1.2 Qaydalarda və şərtlərdə dəyişikliklər edilməsi.
Biz əvvəlcədən bildiriş edərək və ya etməyərək, öz qənaətimizə görə zaman-zaman bu şərtlərdə və qeydlərdə dəyişikliklər etmək hüququnu özümüzdə saxlayırıq. Bu saytdan hər hansı bir istifadəyə və yaxud Az Cinema Online hər hansı bir xidmətinin, məhsulunun alınmasna tətbiq edilən şərtlər və qaydalar cari versiyaya görə həyata keçirilir və siz Az Cinema Online-nin saytına daxiıl olarkən, ondan istifadə edərkən və ya onun məhsulunu və ya xidmətlərini alarkən bu qaydaların və şərtlərin tarixə görə saytda əks olunduğunu görə bilərsiniz. Dəyişikliklər edildikdən sonra Az Cinema Online-nın saytından hər hansı bir şəkildə istifadə edilməsi onu göstərir ki, siz bu dəyişikliklərlə razılaşırsınız.

2. Ərizə qəbulundan imtina edilməsi.
Hər hansı bir səbəbdən Az Cinema Online xidmətlərindən istifadə üçün edilən müraciətlərdən bizim imtina etmək hüququmuz vardır.

3. Müddəalar və şərtlər, daxil edilmiş qaydalar.
Bu veb-saytda və ya Az Cinema Online-nın hər hansı bir xidmətinə və məhsuluna aid edilən cihazda qeyd olunmuş, hər hansı müddəalar və şərtlər, əlavlər və oxşar istifadə qaydaları bu şərtlərə və müddəalara daxil edilmiş hesab olunur.

4. Ödənişlərdə və toplantılarda edilən dəyişikliklər.
Biz öz qənaitimizə görə, zaman-zaman və vaxtaşırı, Az Cinema Online-nın hər hansı bir məhsuluna və xidmətinə aid ödənişlərdə və toplantılarda dəyişikliklər və ya yeni toplantılar və ödənişlər əlavə edə bilərik.

5. Onlayn Baxış Xidməti.

5.1. Giriş.
Bu sənəd bizim Onlayn-Baxış xidmətimizin qaydalarını və şərtlərini müəyyən edir. Bu xidmət vasitəsilə filmləri, TV-şou proqramları və başqa mövzuları (kontent) (Filmləri) sizin FK, noutbuka, televizora, DVD-pleyerə, CD-oyun pleyerinə, media-mərkəzə və ya kontenti (Cihaz) qəbul etmək iqtidarında olan hər hansı icazəli cihaza ötürmək imkanı verir. Biz Cihaz anlayışına hər hansı bir xidməti, istiqamətləndirici cihazı və ya bu cihazla inteqrasiyada olan portal və şlüzü də daxil edirik. Əgər cihazın istifadəsi Bizim sizə təklif etdiyimiz proqram təminatını yükləməyi tələb edirsə, bizim son istifadəçi ilə lisenziyalı müqaviləmiz bu yüklənməyə və bu proqram təminatına aid ediləcək.

Onlayn-Baxış xidmətində filmlərin keyfiyyəti müxtəlif cihazlarda fərqli ola bilər, eləcə də buna buraxılış zolağı, internet bağlantısı və/və ya sürət kimi müxtəlif amillər təsir göstərə bilər. Az Cinema Online Onlayn-Baxış xidmətindən istifadə zamanı təsvirin keyfiyyətinə zəmanət vermir.

Biz Onlayn-Baxış funksiyasını öz xidmətlərimizin siyahısından, hər hansı bir paketdən və ya istifadəçilər kateqoriyasından çıxara bilərik. Eləcə də bizim Onlayn-Baxış xidmətinin istifadəsini istənilən zaman, əvvəlcədən xəbərdarlıq etmədən məhdudlaşdırmaq, şərtləndirmək, dayandırmaq, baxış haqqı tələb etmək və ya hər hansı şəkildə dəyişdirmək hüququmuz vardır. Siz etiraf edirsiniz ki, kontekt-provayderlərin tələbi ilə və ya texniki məhdudlaşdırma ilə əlaqədar olaraq və yaxud hər hansı başqa bir səbəblə, bizim qənaətimizə görə, əvvəlcədən xəbərdarlıq etmədən bir sıra və ya bütün filmlərin Onlayn-Baxış xidmətində baxılması bütün və ya bir sıra cihazlarda mümkün deyil.

5.2. Filmin baxışı və ötürülməsi üsulları.
Siz Onlayn-Baxış xidmətində filmləri iki üsulla ötürə və baxa bilərsiniz:

  1. ticari əsasla, reproduksiya dövrü zamanında istediyiniz kərə filmi izləmək üçün ödəniş etməklə, və ya
  2. azad əsaslarla (reklam dəstəyi ilə).

Ola bilər ki, filmlər hər iki üsulla, ya bəzi, ya da bütün Cihazlarla ötürülə bilməsin və yaxud baxıla bilməsin.

5.3 Ticari əsaslarla
Filmi icarəyə götürdükdə, Sizin müəyyən qədər zamanınız olacaq ki (adətən 7 gün, lakin başqa müddət də ola bilər), bu zaman ərzində Siz filmə baxmalısınız (Reproduksiya dövrü). Reproduksiya dövrü zamanı Siz filmə istədiyiniz qədər baxa bilərsiniz, lakin bu dövrü, onu saxlamaqla, “pauza” etməklə, və yaxud da, filmi yenidən yükləmək yolu ilə uzada bilməzsiniz. Reproduksiya dövrü başa çatdıqdan sonra filmə baxmaq istədiyiniz halda, Siz yenidən filmi icarəyə götürməli olacaqsınız (lazımi məbləği ödəməklə). Müxtəlif filmlər üçün Reproduksiya dövrü müxtəlif olacaqdır, və Siz filmi icarəyə götürdüyünüz an veb-saytda göstərilən dövr məhz tətbiq olunan dövr olacaqdır. Hər hansı filmin Reproduksiya dövrü ilə əlaqədar istənilən zaman istənilən dəyişikliklər etmək hüququnu biz özümüzdə saxlayırıq. Yalnız əgər lisenziarlar ilə sazişlərimiz bunu tələb edərsə, biz Sizin artıq icarə etdiyiniz filmin Reproduksiya dövrünə dəyişikliklər edəcəyik.

5.4 Ödənişsiz baxış
Filmlərə ödənişsiz əsaslarla (reklam dəstəyi ilə) baxmaq üçün Siz heç bir icarə haqqı ödəməli deyilsiniz. Siz qəbul edirsiniz ki, baxdığınız filmlər baxışdan əvvəl, baxış zamanı və ya baxışdan sonra reklam və yaxud digər marketinq mesajları daşıya bilər. Biz Sizin şəxsiyyətinizi və təvəllüdünüzü təsdiqləmək məqsədilə Fərdi məlumatlarinizi və ödəniş kartının rekvizitlərini tələb etmək güququnu özümüzdə saxlayırıq.

5.5. Avadanlıq, sistemlər və keçid.
Sizin filmləri izləmək və köçürmək qabiliyyətiniz sizdə lazımi avadanlığın, sistemlərin və keçidlərin olub olmamasından asılıdır. Filmi keyfiyyətli bir şəkildə izləmək istəyirsinizsə, onu kirayələməmişdən öncə əmin olmalısınız ki, sizdə bütün zəruri avadanlıq, sistemlər və məlumatın ümumi axınla göndərilməsi üçün keçid vardır. Biz heç bir xüsusi tələblər göstərə bilmərik (dəyişə bilərlər) və sizin film izləmək və bölüşmək qabiliyyətinizə görə heç bir məsuliyyət daşımırıq.

Biz hansı cihazlarda filmləri izləməyə və bölüşməyə icazə olduğunu öz qənaətimizə görə, zaman- zaman müəyyən edə bilərik. Cihazlar Az Cinema Online tabe olmayan təşkilatlar tərəfindən istehsal edilir, satılır və istismar olunur, buna görə də biz hər hansı bir cihazın keyfiyyətinə zəmanət verə bilmərik, o cümlədən bizim Onlayn-Baxış xidmətimizlə cihazın uzun və ya qısa müddətli uyğunluğuna görə də cavabdehlik daşımırıq. Siz razılaşırsınız ki, Onlayn-Baxış xidmətindən istifadə edərkən cihazla bağlı və/və ya Onlayn-Baxış xidməti ilə onun uyğunluğu və ya uyğunsuzluğuna görə hər hansı məsələ üçün, müstəsna olaraq, cihazı istehsal edən, satan və ya istismar edən (tətbiq mümkündürsə) təşkilata müraciət edəcəksiniz. Bizim Onlayn-Baxış xidmətimizlə və onun funksionallığı ilə bağlı yaranan bütün suallar, hər hansı sistem tələbləri də daxil olmaqla bu Şərtlərlə məhdudlaşdırılır və bura daxildir.

Siz etiraf edirsiniz ki, Onlayn-Baxış xidmətinə girişə, xüsusən filmlərin ümumi axınla göndərilməsinə şəbəkədaxili tıxaclar, yüklənmələr və ya başqa şəbəkə, İSP-provayder (təminatçı), elektron cihazlardakı, kompyuterdəki problemlər və ya digər rabitə problemləri, nasazlıqlar təsir göstərə bilər və biz belə problemlər, çatışmazlıqlar, həddən artıq yüklənmələr səbəbindən hər hansı filmi izləyən zaman baş verən nasazlıqlara görə məsuliyyət daşımırıq.

5.6. Məhdudiyyətlər.
Siz etiraf edirsiniz ki, ötürdüyünüz və baxdığınız filmlərə bütün intellektual mülkiyyət hüquqları və başqa hüquqlar bizə və bizim lisenziyaçılara məxsusdur. Bu hüquqların təminatı üçün biz filmləri rəqəmsal məlumatı qoruyan, bununla bizim və/və ya lisenziyaçılarımızın təyin etdiyi müəyyən istifadə qaydalarına uyğun olaraq filmə baxmaq imkanlarınızı məhdudlaşdıran texnologiya vasitəsilə sizə təqdim edirik. Bununla siz öhdənizə götürürsünüz:

    1. Yalnız şəxsi istifadə üçün filmlərə baxırsınız və köçürürsünüz (və ya hər hansı birbaşa və ya dolayısı kommersiya məqsədləri üçün məqsədləri üçün deyil);
    2. Siz hər hansı bir filmi yaymaq, təşviq etmək, ötürmək, icarəyə vermək, yenidən çıxarmaq kimi hərəkətlərə yol verməyəcəksiniz və başqasına da bu işlərdə heç bir yardım göstərməyəcəksiniz;
    3. Siz müqavilənin şərtlərindən yayınmaq, onları dəyişdirmək, silmək, əks layihə işləmək, hissələrə ayırmaq,sökmək və ya hər hansı başqa bir yolla proqram təminatına və idarəetmə texnologiyasının təhlükəsizliyinə və şifrələnməyə zərər gətirmək kimi hərəkətlərə yol verməyəcəksiniz. Çünki məhz onların toxunulmazlığı sayəsində biz sizə filmləri axın şəklində ötürə bilirik.

5.7. Müqaviləyə xitam verilməsi və hüququn məcburi tətbiqi.
Siz etiraf edirsiniz ki, bizdə və ya lisenziyaçılarda olan hər hansı başqa hüquqlara əlavə olaraq bu Qaydaların və Şərtlərin hər hansı bir şəkildə pozulması bizə heç bir xəbərdarlıq etmədən, dərhal xidmətimizdən istifadəni dayandırmaq hüququ verir. Xüsusən siz etiraf edirsiniz ki, bizim lisenziyaçıların bu Qaydalar və Şərtlər çərçivəsində məcburi qaydada müvafiq müddəaların sizə qarşı məcburi tətbiq edilməsini təmin etmək hüququ vardır. Biz Onlayn-Baxış xidmətimizi və onun hər hansı bir hissəsini əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirmək, yarımçıq qoymaq vəya tamamilə dayandırmaq hüququnu özümüzdə saxlayırıq. Xüsusən, biz öz lisenziyaçılarımız qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün lazım olduqda, hər hansı bir filmi kataloqdan çıxarmaq, saytda və yaxud hər hansı başqa bir cihazda onun yayımını və baxışını dayandırmaq hüququnu özümüzdə saxlayırıq.

6. Saytdan qadağa olunmuş istifadə.

6.1
Siz razılaşırsınız ki, bu veb-saytla birbaşa və ya bilavasitə əlaqədar olan cihazların, hər hansı kompyuter proqramının, təminat aparatının və ya avadanlığının zərər görməsinə, zədələnməsinə, məhvinə və ya funksionallığının məhdudlaşdırılmasına səbəb olan kompyuter virusları, başqa kompyuter kodları, faylları və proqramları olan hər hansı bir materialı elektron poçt vasitəsilə və yaxud başqa üsulla göndərmək, yerləşdirmək, yükləmək kimi hallara yol verməyəcəksiniz. Siz razılaşırsınız ki, bu veb-saytın əsasında duran, onunla və ya bizim başqa servis xidmətlərimizlə əlaqədə olan şəbəkələrə və serverlərə müdaxilə etməyəcəksiniz, veb-sayta qoşulan şəbəkələrin siyasət və qaydalarını və heç bir başqa prosedurları pozmayacaqsınız.

6.2
Veb-saytdan istifadə edərkən özünüzü hər hansı digər şəxsin adından təqdim etməyəcksiniz, təhqiredici tərzdə davranmayacaqsınız, hər hansı qeyri-qanuni, əxlaqsız və ya zərərli məqsədlər üçün istifadə etməyəcəksiniz. Az Cinema Online veb-sayta girişi asanlaşdırmaq üçün hər bir kompyuterdə “cookie” (bu kiçik mətn faylıdır) yerləşdirir ki, onun vasitəsilə siz Az Cinema Online veb-saytına daxil olursunuz. Siz yenidən Az Cinema Online veb-saytına daxil olarkən bu kiçik mətn faylı sizi akkauntun sahibi kimi tanıyır və təkrar parol yığmağa ehtiyac olmadan sizin öz akkautunuza daxil olmağınızı təmin edir və istifadəçini tanımaq üçün başqa heç bir yol axtarmır.

7. Bu veb-saytdakı material.

7.1. Müəlliflik hüququ.
Bütün materiallar (həmçinin yüklənmiş və yüklənməmiş proqram təminatı və məzmun), o cümlədən Onlayn-Baxış xidmətində olan materiallar, başqası göstərilməyibsə Narimanfilm MMC məxsusdur (və ya bizim filiallarımıa və/və ya lisenziyaçılarımıza (əgər müvafiqdirsə)). Siz razılaşaraq etiraf edirsiniz ki, materiallar dəyərli mülkiyyət dir və Onlayn-Baxış xidmətindən və ya saytdan ala biləcəyiniz kontentin istifadəsinə hər hansı konkret, məhdudlaşdırılmış lisenziya istisna olmaqla belə materialları istifadə edərkən, siz bu materiallara mülkiyyət hüququ və yaxud heç bir hüquq əldə etm irsiniz. Bizim sizə təqdim olunmuş yazılı icazəmiz olmadan, bu Şərtlərdə və müddəalarda və yaxud hər hansı başqa müvafiq şərtlərdə nəzərdə tutulmuş hallar istisna olmaqla, materiallar hər hansı bir şəkildə istifadə oluna bilməz.

Siz etiraf edir və razılaşırsınız ki, saytdakı bir neçə kontent (məzmun) kənar lisenziyaçılara məxsusdur və hər hansı mövcud hüquqlara xələl gətirmədən hər bir belə lisenziyaçının bu şərtlər və müddəalar çərçivəsində müvafiq müddəalara riayət olunmasını bilavasitə məcburi həyata keçirmək hüququ vardır.

7.2. Ticarət nişanları.
Az Cinema Online, Az Cinema Online loqotipi, Az Cinema Online bütün məhsulu və xidmətləri və yaxud xidmət nişanları Az Cinema Online ticarət nişanlarıdır (Narimanfilm MMC). Bütün başqa ticarət nişanları, loqotiplər, təsvirlər, Veb-saytda və yaxud başqa cihazda əks olunmuş və adı çəkilmiş şirkətlərin və məhsulların adları onların müvafiq sahiblərinin mülkiyyətidir. Heç nə sizə belə materialı istifadə etmək, dəyişmək, çıxarmaq haqqı və yaxud hər hansı bir lisenziya vermir.

8. Başqa saytlara istinadlar/xidmətlər.
Biz digər saytlara daxil olmaq və ya giriş üçün xidmətlər təklif edə bilərik. Siz etyraf edirsiniz ki, hər hansı bir giriş sizin qənaitinizlə həyata keçirilir. Biz bu veb-saytların və xidmətlərin heç birini yoxlamırıq və ya təsdiq etmirik. Biz aşağıdakılara görə heç bir məsuliyyət daşımırıq: (a) mövcudluq (b) məxfilik (c) məzmun, məhsullar,mallar və onlarda mövcud olan başqa materiallar və vəsaitlər (d) digərlərinin bu veb-saytlardan və ya xidmətlərdən istifadəsinə görə.Biz habelə bu veb-saytlara və ya xidmətlərə yaranmış və ya ehtimala görə yaranmış inam nəticəsində dəyən hər hansı bir ziyan, zərər və ya xətaya görə məsuliyyət daşımırıq.

9. Ümumi şərtlər və müddəalar.

9.1. Məxfilik.
Biz sizin haqqınızda şəxsi məlumatı sayt vasitəsilə, sizin veb-saytdan istifadənizlə əlaqədar və/və ya Az Cinema Online məhsullarını və xidmətlərini istifadə edərkən və/və ya alarkən əldə edirik. Sizin haqqınızda yığdığımız bütün məlumatlar bu şərtlərin və müddəaların bir hissəsi olaraq bizim məxfilik siyasətimizin mövzusudur və bura daxil olmaq üçün bizim ana səhifəmizədən siçanı tıklayaraq bu müddəalara və şərtlərə daxil olmunur.

9.2. Reklam kodları.
Veb-saytda və ya başqa cihaz vasitəsilə göstərilən hər hansı reklam kodu və ya təklifi, nə keçmişdə nə də indi hər hansı başqa reklam kodu və ya təkıifi ilə birlikdə istifadə edilə bilməz.

9.3. Tərəfinizdən təzminatın ödənilməsi.
Razılaşırsınız ki, sizin Şərtləri və müddəaları hər hansı bir şəkildə pozmağınız nəticəsində və ya tətbiq olunan qanunların və ya üçüncü şəxslərin hüquqlarının siz tərəfdən pozulması ilə əlaqədar Az Cinema Online, onun törəmələrini və filiallarını, direktorlarının, əməkdaşlarının, ortaqlarının, agentlərinin, podratçılarının hər birini baş verən hər hansı zərərdən, məsuliyyətdən, iddialardan, tələblərdən,ziyandan qoruyacaqsınız, ağlabatan məhkəmə xərclərin, başqa xərcləri ödəyəcəksiniz.

9.4. Məsuliyyətin məhdudlaşdırılması, zəmanətlərdən imtina edilməsi.
(a) Bu müddəada (Məsuliyyətin məhdudlaşdırılması, zəmanətlərdən imtina edilməsi) və bu Şərtlərdə və qaydalarda heç nə Az Cinema Online məsuliyyətini heç bir şəkildə məhdudlaşdırmır:

    1. Fırıldaqçılığa görə və ya
    2. Onun səhlənkarlığına səbəbi ilə ölüm və ya bədən xəsarəti almağa görə (səhlənkarlıq da daxil olmaqla 1977-ci ilin “Ədalətsiz müqavilə şərtləri haqqında” qanunun 1 maddəsində müəyyən olduğu kimi).
    3. Hüquq məsələsi kimi məhdudlaşdırılmayacaq dərəcədə məsuliyyət

(b) Az Cinema Online məhsulu və xidmətləri, veb-sayt və onun məzmunu “olduğu kimi” və “açıq” əsasda təklif olunur və biz Az Cinema Online xidmətlərinin və məhsulunun aktuallığına, tamlığına, dəqiqliyinə, veb-sayta və onun məzmununa heç bir zəmanət və təminat vermirik. Biz Az Cinema Online xidmətlərinin və məhsulunun məzmununda və ya bizim təqdim etdiyimiz Onlayn-Baxış xidmətimizdə buraxılmış hər hansı bir səhvə görə məsuliyyət daşəmırıq. Biz hər cür zaminlikdən və zəmanətdən, məsələn malın zəmanətli halında görə,eləcə də müəyyən məqsədlərə uyğunluğuna və patentlik hüququnun pozulmamasına görə cavabdehlikdən imtina edirik. Bundan əlavə biz zamin dura bilmərik ki, bizim sayt vasitəsilə yayımlanan məlumat dəqiq, aktual və tamdır

(c) yuxarıda göstərilən (a) yarımbəndinə müvafiq olaraq biz, bizim səhmdarlar, direktorlar, vəzifəli şəxslər , əməkdaşlar ( bir yerdə və ayrılıqda) sizin qarşınızda və ya hər hansı üçüncü şəxs qarşısında, xüsusən, təsadüfən, birbaşa və ya dolayısıyla vurulan hər hansı ziyan və yaxud zərərə görə, əvvəlcədən bu ziyan haqqında xəbər verilib verilməməsinə, bunun nəticəsində gəlir və ya məlumat itirilməsinə baxmayaraq, bu məlumatın istifadəsi və xüsusiyyəti nəticəsində yaranan hər hansı məsuliyyət nəzəriyyəsinə görə heç bir məsuliyyət daşımırıq. Əgər hər hansı müvafiq hökumət orqanı yuxarıda sadalanan bəndlərin hər hansı bir hissəsinin hüquqi qüvvəyə malik olmadığını bildirərsə, məsuliyyət qanunvericilikdə icazə verilən maksimum dərəcədə məhdud olacaq.

(d) yuxarıda sadalanan (a), (b) və (c) yarımbəndlərini nəzərə almaqla bizim sizin qarşınızda olan maksimal məsuliyyətimiz (müqaviləyə görə, qanun pozuntusuna görə, (səhlənkarlıq da daxil olmaqla) qanunla müəyyən olunmuş öhdəliklərin pozulması və ya başqa cür) Az Cinema Online xidmətlərindən və məhsulundan istifadə və yaxud saytdan, ya da saytın hər hansı bir materialından birbaşa və ya dolayısıyla istifadə və bununla əlaqədar yaranan hər hansı iddia qarşılığında ödənilməli olan ümümi məbləğ ümumilikdə bizim saytın istifadəsinə görə sizin ödədiyiniz 1$ artıq olmamalıdır.

9.5. Qanunvericiliyin tətbiqi.
Az Cinema Online veb-saytı, məhsulları və xidmətləri Az Cinema Online nəzarəti altındadır. Sizin Az Cinema Online saytından istifadəniz və/və ya onun məhsullarının və ya xidmətlərinin alqı-satqısı bu şərtlər və müddəalarla tənzimlənir və İngiltərənin qanunlarına uyğun olaraq təfsir və tətbiq olunacaq. Sizin veb-saytdan istifadəniz və/və yaxud bizim təqdim etdiyimiz Az Cinema Online məhsullarının və xidmətlərinin istifadəsi və/və ya alqı-satqısı ilə əlaqədar və ya bunların nəticəsində yaranan mübahisələr İngiltərə məhkəmələrinin müstəsna yurisdiksiyasına tabedir.

9.6. Tərəfimizdən hüquq və vəzifələrin verilməsi.
Siz razılaşırsınız ki, bu Şərtlər və müddəalara görə biz hər hansı bir hüququmuzu və yaxud bütün hüquqlarımızı güzəştə getmək və/və ya yeni hüquqlar yaratmaq, subpodrat müqavilələr bağlamaq və/və ya hər hansı öhdəliklərimizi və ya bütün öhdəliklərimizi üçüncü şəxslərə vermək kimi haqlarımız var. Bu şərtlər və müddəalar hər hansı üçüncü şəxslərin xeyrinə deyil, sizinlə razılaşdırılıb və şəxsən sizin maraqlarınız üçün təyin olunub.

9.7. Hüquqların siz tərəfdən verilməsi.
Sizin Az Cinema Online dakı profiliniz və ya hesabınız və başqa hüquqlarınız bu şərtlər və müddəalara görə başqasına verilə bilməz, buna görə də satıla və dəyişdirilə bilməz. Bundan əlavə bu Şərtlərə və müddəalara görə siz yeni hüquqlar qəbul etmək, öz hüquqlarınızı təkrar başqalarına vermək, subpodrat müqavilələr bağlamaq, öz hüquqlarınızdan və öhdəliklərinizdən imtina etmək kimi hərəkətlərə yol verə bilməzsiniz.

9.8. Hüquqlardan imtina etməmək.
Bu Şərtlərə və müddəalara görə biz hər hansı hüquqların həyata keçirilməsini məcburən gecikdiririkirsə, tətbiq və ya təmin etmiriksə, belə gecikmə və ya imtina bu Şərtlərə və müddəalara müvafiq olaraq bu hüquqdan və ya hər hansı başqa hüquqlardan imtina etmək deyil.

9.9. Fors major hallar.
Biz Az Cinema Online veb-saytında, xidmətlərində və ya məhsullarında hər hansı bir çatışmazlığa, uğursuzluğa, məhsuldarlığa görə, eləcə də bu şərtlərin və müddəaların bizim tərəfimizdən yerinə yetirilib yetirilməməsində, sizin qarşınızda yalnız o halda cavabdehlik daşımırıq ki, bu da sadalanan halların bizim ağlabatan nəzarətimizdən kənarda olması ilə əlaqədar olsun.

9.10. Üçüncü şəxslərin hüquqları.
Yuxarıda sadalanan müxtəlif müddəalara müvafiq olaraq bu müddəalarda və şərtlərdə heç nə müqavilələr haqqında müddəalara müvafiq olaraq üçüncü tərəfə heç bir mənfəət gətirmir. (üçüncü şəxslər haqqında Qanun,1999-cu il). Biz 1.2.b. müvafiq olaraq, sizin və ya üçüncü şəxslərin razılığı olmadan bu Sazişin hər hansı bir müddəasını dəyişdirə, təxirə sala, güzəştə gedə bilərik və ya bütün bunlardan tamamilə imtina edə bilərik.

9.11. Sazişin tamamı.
Bu şərtlər və müddəalar (məxfilik siyasəti və hər hansı başqa şərtlər və müddəalar və ya bu şərtlər və müddəalara daxil olan istifadə qaydaları da daxil olmaqla) sazişin mövzusuna dair əvvəl bağlanmış hər hansı xüsusiyyətli, yazılı və ya şifahi halda olmasına baxmayaraq, bütün öhdəlikləri, təminatları, zəmanətləri əvəz edərək bizim aramızda olan razılığın mövzusuna dair bağlanmış tam sazişin tərkibini təşkil edir. Bu müddəalarda və şərtlərdə göstərilməmiş zaminlik və ya iddialara görə tərəflərin heç biri o birinin qarşısında məsuliyyət daşımır.

9.12. Təfsir.
Bu şərtlərdə və müddəalarda məzmun başqasını tələb etmirsə: “həmçinin”, “daxildir”, “xüsusilə”, “məsələn” və ya bu kimi ifadələrlə başlayan cümlələr illüstrativ kimi təfsir olunur və hər hansı əvvəlki sözlərin çox hissəsinin məhdudlaşdırılması kimi şərh edilməməlidir; tək halda olan sözlərə istinad, cəm halı da nəzərdə tutur, eləcə də kişi cinsində olan sözlərə istinadlar qadın cinsinə də aiddirlər və əksinə.

10. Az Cinema Online ilə əlaqə.
Az Cinema Online ilə bütün yazışmalar, o cümlədən Saytdan istifadə ilə əlaqədar, Az Cinema Online xidmətlərini və ya məhsullarını satın alarkən və yaxud bu şərtlər və müddəalarla bağlı bütün yarana biləcək suallar 1b. göstərilən ünvana göndərilməlidir.

Night mode