MƏXFİLİK

Az.Cinema.Online etiraf edir ki, məxfiliyin təminatı sizin üçün vacibdir və siz özünüz haqqında şəxsi məlumatları nəzarətdə saxlamaq hüququna maliksiniz. Biz bilirik ki, şəxsi məlumatın təqdimi bir etimad aktıdır və biz bu etimadı çox ciddi qəbul edirik. Az.Cinema.Online buradakı Məxfilik Siyasətində ifadə olunmuş hallar istisna olmaqla Sizin razılığınız olmadan, haqqınızda olan şəxsi məlumatı, elektron ünvanlarınız da daxil olmaqla, heç vaxt üçüncü tərəfə satmayacaq, icarəyə verməyəcək. Bizə başqa cür fəaliyyət üçün xüsusi razılıq verməsəniz, Sizin bizə təqdim etdiyiniz şəxsi məlumatlar üzərində Az.Cinema.Online aşağıdakı prinsiplərlə işləyəcəkdir.

Bu məxfilik siyasəti aşağıda sadalananları müəyyən edir:

    • məlumat yığılması və istifadəsi
    • məlumatın saxlanması
    • məlumatın açıqlanması və paylanması
    • təhlükəsizlik və məlumatın itirilməsinin, dəyişdirilməsinin və ondan sui-istifadə edilməsinin qarşısının alınması
    • siz tərəfdən öz hesabınızın ləğvi və redaktə imkanı
    • məxfilik siyasətində dəyişikliklər edilməsi
    • əlaqələr haqqında

Bu məxfilik siyasəti, sizin bununla bir yerdə oxumalı olduğunuz veb-saytın şərtlər və müddəalarına daxil edilmiş hesab olunur. Böyük hərflərlə yazılaraq istifadə olunan, yalnız bu Məxfilik Siyasətində müəyyən edilməyən sözlər, onlara Şərtlər və müddəalarda verilən mənada işlənilir.

Məlumatın yığılması və istifadəsi.
Biz sizin İP ünvanınızı qeydiyyatdan keçiririk ki, bizim serverlərlə olan problemlərinizə diaqnoz qoyaq, bu veb-saytı idarə edək və istifadə statistikasını izləyək. Sizin İP ünvanınız, hər dəfə siz sayta daxil olarkən dəyişə bilər və yaxud internetə qoşulma növündən asılı olaraq dəyişməyə bilər. Bütün hallarda Sizi İP ünvan vasitəsilə müəyyən etmək çox çətin olardı və biz bunu etməyə çalışmırıq. Əgər siz bu sayta başqa veb-saytlarda reklam və yaxud istinadlara düyməni basaraq girirsinizsə, biz bu məlumatı da qeyd edirik. Bütün bu məlumatlar ümumilikdə yığılır və istifadə olunur, yəni məlumat bizim bazaya daxil olmuş və biz onu qonaqlar haqqında ümumi hesabat yaradarkən istifadə edirik, qonaqlar haqqında fərdi hesabatlar təşkil etmirik.

Siz Az Cinema Online saytında hesab yaradırsınızsa, bu Veb-sayta daxil olub, ondan istifadə edirsinizsə və/və yaxud Az.Cinema Online xidmətlərini, məhsullarını istifadə edir və ya satın alırsınızsa Az.Cinema Online aşağıda göstərilmiş, identifikasiya edilə bilən bəzi və yaxud tam şəxsi məlumat toplayır.

Biz hansı məlumatları toplayırıq.

    • Ləqəb
    • Bütöv ad
    • Elektron poçtun ünvanı
    • Ünvan
    • Telefon nömrəsi
    • Hər hansı tələb olunan telefon nömrəsi
    • Cinsiyyət
    • Doğum tarixi
    • Sizin profiliniz üçün təqdim etdiyiniz məlumat.

Biz bu məlumatları necə istifadə edirik.

    • Az Cinema Online üzvlüyünüz, hesabınız haqqında, Az Cinema Online xidmətlərinin və ya məhsullarının alqı-satqısı zamanı sizinlə ünsiyyət yaratmaq üçün
    • Sizə sifarişi təqdim etmək və ya ödəniş haqqında məlumat çatdırmaq
    • Bu veb-saytda maraq göstərdiyiniz məhsul və/və ya xidmətlər haqqında Sizinlə əlaqə yaratmaq üçün
    • Sizə elektron poçt vasitəsilə təkliflər, yeniliklər, məlumatlar göndərmək üçün
    • Bizim saytlarla, kontentlə, xidmətlərlə qarşılıqlı əlaqə zamanı bizə təqdim etdiyiniz məlumatı istifadə edərək, maraqlar əsasında reklam əks etdirmək üçün

Məlumatın saxlanılması
Bizə təqdim etdiyiniz məlumatlar, bütünlüklə müdafiə olunmuş serverlərdə, şəbəkədaxili ekran da daxil olmaqla, mühafizə olunan otaqlarda və Avropa İqtisadi Sahəsinə daxil olan ölkələrdə və yaxud Avropa Birliyinin məlumatların Müdafiəsi haqqında Direktivinə müvafiq olaraq, şəxsi məlumatın adekvat mühafizəsini təmin etməli olan ölkələrdə yerləşirlər.

Obyekt (texnologiyası) cookie
“Cookies” sizin kompyuterin brauzerində saxlanılan kiçik mətn fayllarıdır. Veb-saytlar bu faylları oxuya və yaza bilirlər, bu da onlara istifadəçinin üstünlük verdiyi məlumatları və fərdiləşdirmənin detallarını yadda saxlamağa imkan verir.

Məlumatların açıqlanması və paylanması
Az Cinema Online sizin şəxsi məlumatlarınızı mühafizə etməyi öz öhdəsinə götürür. Biz sizin şəxsi məlumatınızı, aşağıda göstərilən kimi Az Cinema Online saytına inteqrasiya olmuş ödənişli təchizatçılara, PayPal və Azeri Card və s. saytlara verə bilərik. Biz aşağıda göstərilən hallar istisna olmaqla Sizi şəxsiyyətinizlə identifikasiya edən məlumatı sizin razılığınız olmadan üçüncü şəxslərə açmırıq:

    • - əgər Az Cinema Online qanuna görə məlumatı üçüncü şəxslərə açmağa məcburdur
    • - əgər məlumatın açılması bizim əməliyyatlar aparmağımız üçün vacibdirsə (məsələn poçt göndərişləri, hostinq xidmətləri, sizin hesabınızın və bizim fırıldaqçılıqdan qorunması) və ya
    • - əgər Az Cinema Online korporativ əməliyyatlarla, məsələn alqı- satqı, axın, birləşmə və aktivlərin satışı, daxili yenidənqurma və ya az ehtimalla iflasla əlaqədar törəmə müəssisələr və yarımşöbələr alır və yaxud satırsa. Belə bir əməliyyat və ya hadisə müştəri haqqında məlumat ötürülməsini tələb edərsə, məlumat köçürülmüş aktivlərdən biri olacaq.

Biz habelə sizin haqqınızda şəxsi məlumatı (məsələn aqentlərə və subpodratçılara) Az Cinema Online tərəfindən bizə xidmət göstərmək üçün cəlb olunmuş üçüncü şəxslərə açıqlaya bilərik. Bu halda biz tələb edəcəyik ki, bu məlumata münasibətdə tərəflər məxfiliyə riayət etsinlər və onun təhlükəsizliyini təmin edərək, ondan yalnız bizə xidmət məqsədi ilə istifadə etsinlər.

Az Cinema Online ortaqlıq proqramında qeydiyyata alınmış şirkətlər və fiziki şəxslər öz saytlarındakı istinadların köməyi ilə bizə istiqamətləndirdikləri müştərilər haqqında qısa məlumat alırlar. İdentifikasiya edilmiş şəxsi məlumat şərik üzvlərə təqdim olunmur: bizim ortaqlarımızdan aldığımız məlumat ciddi olaraq ortaqlıq proqramları üçün istifadə edilir və ümumi marketinq məqsədləri üçün istifadə edilə bilməz.

Az Cinema Online bizim müştərilər haqqındakı analizlərimizi ümumilikdə potensial tərəfdaşlara, reklamçılara, kino distribyutorlarına və başqa üçüncü şəxslərə təqdim edir. Biz bunu ona görə edirik ki, biz və bizim ortaqlarımız sizi daha yaxşı başa düşsünlər, biz isə sizi birinci dərəcəli xidmətlə təmin rdə bilək. Biz habelə anonim əsaslarla bizim müştərilər tərəfindən yazılan hər hansı hesabatı və ya bildirişi açıqlaya bilərik. Buna baxmayaraq biz konkret müştəri haqqında məlumatı heç vaxt açıqlamarıq.

İstinadlarla bağlı veb-saytlar Az Cinema Online nəzarəti altında deyil və biz, bizim veb-saytla əlaqəli şirkətlərin hərəkətlərinə görə məsuliyyət daşımırıq. Hər hansı başqa saytda öz şəxsi məlumatlarınızı açmamışdan öncə sizə məsləhət görürük ki, onun istifadə qaydaları və şərtlərini, habelə məxfilik siyasətini öyrənəsiniz.

Təhlükəsizlik və itkilərin qarşısının alınması , məlumatdan sui-istifadə və onun dəyişdirilməsi
Az Cinema Online sizin şəxsi məlumatlarınızın məxfiliyini icazəsiz girişdən və səhv istifadədən qorumaq üçün təhlükəsizlik funksiyaları və texnologiyaları, habelə ciddi daxili rəhbərlik prinsipləri tətbiq etmişdir. Biz yeni texnologiyalar tətbiq olunduqca öz təhlükəsizlik prosedurlarımızı gücləndirəcəyik.

Bizim sistemdə sizin məlumatın təhlükəsizliyini təmin etmək üçün nə qədər çalışsaq da İnternet vasitəsilə ötürülən heç bir məlumatın təhlükəsizliyinə 100% zəmanət vermək olmaz.Buna görə də Sizin bizə ötürdüyünüz hər hansı bir məlumatın təhlükəsizliyinə zəmanət verə bilmirik və Siz bunu riskə gedərək edirsiniz.

Az Cinema Online hesabında sizin məlumatınız məxfilik və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə parolla müdafiə olunmuşdur. Siz Az Cinema Online saytında istifadə etdiyiniz parolunuzu kimsəyə açmamaqla fərdi məlumatınızın təhlükəsizliyinin qorunmasında böyük rol oynamış olursunuz. Əlavə təhlükəsizlik məqsədilə biz sizə vaxtaşırı parolunuzu dəyişməyi məsləhət görürük. Xahiş edirik, əgər hesabınızın hər hansı bir İnternet istifadəçisi tərəfindən icazəsiz istifadəsi baş veribsə və yaxud təhlükəsizlik digər şəkildə posulubsa, dərhal bizə xəbər verin.

Giriş üçün icazə yalnız Az Cinema Online əməkdaşlarına, əgər bizim əməliyyatların yerinə yetirilməsi üçün vacib olarsa və yaxud bizə xidmət göstərmək üçün aqentlərə və ya subpodratçılara məxsusdur. Bu aqentlərin və subpodratçıların icazə vasitəsilə öyrəndikləri hər hansı bir şəxsi məlumat gizli saxlanılmalı və bizə xidmət göstərməkdən savayı başqa məqsədlərlə istifadə edilməməlidir.

İnformasiyanın itirilməsinin qarşısını almaq üçün ehtiyat nüsxələr edilir və bizim İnternet-serverlərimiz təhlükəsiz məkanlarda yerləşirlər.

Siz tərəfdən hesabın ləğvi və redaktə olunması.
Bu veb-saytdın hər bir səhifəsindən “Mənim hesabım” bölməsinə giriş etmək üçün, siz abunə olarkən və/və ya Az Cinema Online xidmətlərindən və məhsullarından istifadə etməyi qərara alarkən bizim yığdığımız şəxsi məlumatları yeniləyə və nizamlaya bilərsiniz. Bu məlumatı əldə etmək üçün siz sistemə giriş etməlisiniz. Bütün məlumat parolla müdafiə olunmuşdur, buna görə də sizdən başqa heç kim bu məlumatları əldə edə bilməz.

Əgər siz Az Cinema Online veb-saytında hesabınızı bağlamaq qərarına gəlmisinizsə, sizin hesabınız dərhal bağlanacaq. Buna baxmayaraq biz sizin haqqınızda olan məlumatı mühasibat hesabatı, vergi qoyulması, əməliyyat və inzibati məqsədlər üçün, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq saxlamağa məcburuq.

Məxfilik siyasətində dəyişikliklər edilməsi.
Az Cinema Online vaxtaşırı olaraq, qanunda tələb olunduğu kimi bizim biznesdə potensial dəyişikliklərə müvafiq olaraq bu siyasəti yenidən nəzərdən keçirəcək. Az.Cinema.Online istənilən zaman məxfilik siyasətində dəyişiklik etmək hüququnu özündə saxlayır.

Az.Cinema.Online əlaqənin detalları.
Məxfilik Siyasəti ilə əlaqəli Az Cinema Online yönəldilən bütün yazışmalar buraya ünvanlanmalıdır:
(Kimə: məxfilik siyasəti üzrə əməkdaşa)
AZ CINEMA ONLINE
Azərbaycan. Bakı AZ 1003
F.Qurbanov k.13/5
E-mail: [email protected]

Night mode